SON DƏQİQƏ: Rusiya SİLKƏLƏNİR - Rus ordusu ilə Vaqner arasında DƏHŞƏTLİ DÖYÜŞLƏR BAŞLADI (VİDEO)

24.06.2023 12:33
5184
6496ab0b85be4202306233627
Hazırda Voronejdə “Vaqner” və Rusiya ordusu arasında şiddətli döyüşlər gedir.AZSABAH.COM xəbər verir ki, bununla bağlı “H+Media” Teleqram kanalı görüntü paylaşıb.Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Mənbə: Axar