SON DƏQİQƏ: Rusiya Qərbdən Ukraynaya gələn silah dolu TƏYYARƏNİ VURDU

16.04.2022 22:30
243
photo_19527229

"Hava hücumundan müdafiə qüvvələri böyük partiyalı Qərb hərbi texnikası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub".

AZSABAH.COM "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.

“Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Qərb ölkələrindən Ukraynaya tədarük edilən silahların böyük bir hissəsini çatdıran Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsini havada vurub", - Konaşenkov deyib.

Rusiya MN sözçüsü əlavə edib ki, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub.