SON DƏQİQƏ: Rusiya ilə Ukrayna RAZILIĞA GƏLDİ

03.03.2022 22:18
540
photo_25226183

“Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər”.

AZSABAH.COM “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər:

“Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.