SON DƏQİQƏ: rus qoşunları bu şəhərlərdən çıxarılmağa başlandı - Moskva RƏSMƏN ELAN ETDİ

29.03.2022 17:24
257
photo_68599253

Rusiyanın Silahlı Qüvvələrinin bəzi bölmələri Kiyev və Çerniqov vilayətlərinin ərazisindən geri çəkilir. Rusiyanın öz qüvvələrini gücləndirmək və onların rotasiyası ilə bağlı problemləri var.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynaya hücum edərək məqsədinə nail ola bilmədi: “Rusiyanın Sakit Okean donanmasının şəxsi heyəti “xüsusi əməliyyat”da iştirakdan imtina edir və bu səbəbdən donanma, hətta bir batalyon-taktiki qrup təmin edə bilməyib. Rusiya Donetsk regionunun bir çox bölgəsində atəşi və hücumları intensivləşdirib. Eyni zamanda, Rusiya qüvvələri Berdyansk şəhərində liman infrastrukturunu bərpa etməyə çalışır”.

Məlumatda vurğulanıb ki, Rusiya qüvvələrinin Ukraynanın hərbi və mülki infrastruktur obyektlərinə hücum təhlükəsi qalmaqdadır və Ukrayna ordusu şərq, cənub-şərq, şimal-şərq istiqamətlərində müdafiəni davam etdirir.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyatın” birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib. Onun sözlərinə görə, bu da diqqəti əsas məqsədə - Donbasın azad edilməsinə yönəltməyə imkan verir.