SON DƏQİQƏ: Ramiz Mehdiyevin vəziyyəti QƏFİL AĞIRLAŞDI

19.03.2021 23:51
25307

AMEA prezidenti Ramiz Mehdiyevin səhhəti pisləşib.

AZSABAH.COM xəbər verir ki, Azadinfo.az-a daxil olan məlumata görə, R. Mehdiyevin bu gün axşam saatlarında qəflətən halı ağırlaşıb.

Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, YAP-ın 5 martda keçirilən qurultayından sonra mediaya açıqlama verən 83 yaşlı AMEA prezidenti Ramiz Mehdiyevin parkinson xəstəliyindən ciddi şəkildə əziyyət çəkdiyi kameralarda açıq-aşkar görünüb. R.Mehdiyevin sağ tərəfində bu xəstəliyin ciddi olduğu, hətta akademikin əlini cibinə qoymasına baxmayaraq, yenə də əsmənin davam etdiyi görünür.
Məlumata görə, R.Mehdiyev bir neçə ildir Parkinson xəstəliyindən əziyyət çəkir.

Loading...