SON DƏQİQƏ: Rusiya ordusunu Ukraynadan çıxarmağa başladı

21.08.2022 11:27
8739
Rus ordusu

Ukrayna ilə sərhəddə Rusiya ordusu hava hücumundan müdafiə sistemlərini Belarus ərazisinə aparır.

AZSABAH.COM-un xəbərinə görə,  bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

"Volın və Polesye istiqamətlərində Rusiya Federasiyası silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin Belarus Respublikası ərazisinə hərəkəti qeyd olunur", - məlumatda deyilir.

Baş Qərargah əlavə edib ki, Belarus ərazisindən və hava məkanından Rusiya ordusunun raket və hava zərbələri təhlükəsi hələ də davam edir.