SON DƏQİQƏ: qonşumuzda şiddətli ZƏLZƏLƏ BAŞ VERDİ

09.06.2020 22:44
997

İranın cənub hissəsində 5,7 maqnitudalı zəlzələ olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi bildirib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 22 kilometr məsafədə, zəlzələ ocağı Şirazdan 239 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:48-də qeydə alınıb. Qeyd edək ki, təxminən 1 saat əvvəl həmin ərazidə 5,1 maqnitudalı ilk zəlzələ olub.(Report)

Loading...

close
close