Bu gün axşam saatlarında Tehranın Dəmavənd rayonunda 5,1 gücündə zəlzələ baş verib.
AzSABAH.COM-un xəbərinə görə, bu barədə məlumatı Tehran Universitetinin seysmoloji mərkəzi verib. Episentri yerin 7 kilometr dərinlikdə olan zəlzələ nəticəsində 1 nəfər həlak olduğu, 25 nəfərin isə yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Çox sayda ev və avtomobil yararsız hala düşüb.