İranda güclü zəlzələ baş verib.
AZSABAH.COM xəbər verir ki, ölkənin Seysmologiya Mərkəzi yaydığı məlumata görə, 5,1 bal gücündəki zəlzələ yerli vaxtla saat 22:35-də olub.
Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 kilometr məsafədə, 16 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və ya tələfat barədə hələ ki, məlumat yoxdur.