SON DƏQİQƏ: Qazın qiyməti KƏSKİN BAHALAŞDI

19.08.2022 21:46
4646
Qaz

Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb.

AZSABAH.COM-un məlumatına görə, “Report” bu barədə “İnterfaks”a istinadən xəbər verir.

“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.