SON DƏQİQƏ: Qarabağda ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR - ŞƏHİDLƏR VƏ YARALILAR VAR

11.04.2023 17:36
6935
Ateskes
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

AZSABAH.COM-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

"Hazırda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", - nazirlikdən qeyd olunub.