SON DƏQİQƏ: Qarabağda şiddətli ATIŞMA BAŞ VERDİ, ÖLÜ VƏ YARALILAR VAR - MN təcili AÇIQLAMA YAYDI

15.10.2021 00:04
19251

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

AZSABAH.COM-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - nazirlikdən bildirilib.

Loading...