SON DƏQİQƏ: Qarabağda DÖYÜŞLƏR GEDİR? - MN TƏCİLİ MƏLUMAT YAYDI

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir", - nazirlikdən əlavə ediblər.

Qeyd edək ki, sosial şəbəkələrdə işğal altında olan ərazilərdə döyüşlərin getməsi ilə bağlı xəbərlər yayılıb.