SON DƏQİQƏ: Putinin cangüdəni olan POLKOVNİK BAŞINDAN GÜLLƏLƏNDİ - “Nüvə çamadanı”nı daşıyırdı (FOTO)

22.06.2022 23:54
400
photo_64947381

Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

AZSABAH.COM xəbər verir ki, hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.

Bildirilib ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança olub. Qan içində olan FSB zabitini qardaşı tapıb. Bu zaman yaralının birlikdə yaşadığı qadın evdə olmayıb.

Məlumdur ki, Zimin Kremldə təkcə Putinin dövründə deyil, Boris Yeltsinin dövründə də çalışıb.

Yayılan xəbərlərə görə, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaq ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir.