SON DƏQİQƏ: Putin gözlənilməz FƏRMAN İMZALADI - BUNDAN SONRA...

31.03.2022 18:06
408
photo_16437267

Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları barədə fərman imzalayıb.

AZSABAH.COM xəbər verir ki, Rusiya prezidenti bunu aviasiya sahəsində vəziyyətlə bağlı iclasın açılışı zamanı deyib.

O bildirib ki, yeni qaydalara əsasən, Rusiyaya dost münasibəti sərgiləməyən Qərb ölkələri təbii qazın ödənişi üçün Rusiya banklarında rubl hesabları açmalıdır.

"Biz bu ölkələrə aydın və şəffaf sxem təklif edirik: Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdır. Aprelin 1-dən başlayaraq məhz bu hesablardan ödənişlər həyata keçiriləcək", - V.Putin deyib.