SON DƏQİQƏ: Putin dünyanı silkələyəcək QORXUNC ƏMRİ VERDİ

Rusiya prezidenti Vladimir Putin “Qərbdəki aqressiv bəyanatlara” cavab olaraq, Müdafiə Nazirliyinə Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə qeyd edib ki, Qərb Moskvaya münasibətlərdə “aqressiv bəyanatlara” yol verir.

“Buna görə də müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edirəm”, - deyə o bildirib.