SON DƏQİQƏ: Paşinyana 1 gündə 2 ŞOK ZƏRBƏ

08.06.2020 15:34
410

Ermənistanda bir gündə iki şok istefa yaşanıb.

AZSABAH.COM erməni mediasına istinadən xəbər verir ki, düşmən ölkədə iki yüksək vəzifəli şəxs işindən istefa verib.


İlk olaraq Ermənistanın Baş qərargah rəisi Artak Davtyan istefa ərizəsi yazıb.

O, Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejiminə baxmayaraq bu yaxınlarda çox sayda qonağın iştirakı ilə oğluna təmtəraqlı toy mərasimi keçirib. Baqrevanddakı iqamətgahda baş tutan toya bir sıra vəzifəli şəxs qatılıb. 


Bundan əlavə, bu gün Ermənistanın Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan da istefa verib. Artıq bir müddət  idi ki, onu istefası ilə bağlı xəbərlər dolaşırdı.

Loading...

close
close