SON DƏQİQƏ: Paşinyan BAŞ NAZİR SEÇİLMƏDİ

03.05.2021 15:45
4177

Ermənistan parlamentinin bu gün keçirilən xüsusi iclasında deputatlar Nikol Paşinyanı baş nazir seçməyib.

AZSABAH.COM erməni KİV-lərinə istinadən xəbər verir ki, 75 deputat səsvermədə iştirak etməyib, 3 deputat N.Paşinyanın əleyhinə, 1 deputat lehinə səs verib.

Qanunvericiliyə əsasən, iki həftə ərzində növbəti səsvermə keçirilməlidir. N.Paşinyanın növbəti dəfə seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Qeyd edək ki, N.Paşinyanın aprelin sonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Parlament seçkilərinin ilkin tarixi iyunun 20-nə təyin olunub.

Loading...