Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.
AZSABAH.COM bununla bağlı Ermənistan hökumətinin saytına istinadən məlumat verir.
Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.
Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:
- "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)
- "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)
- “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).
Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.