SON DƏQİQƏ: Ordumuz bu istiqamətdə XEYLİ İRƏLİLƏDİ, RUS ƏSGƏRLƏRİ... - Ermənilərə BÖYÜK ŞOK

12.04.2022 14:32
477
photo_50453364

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın Ağdərə rayonundakı erməni silahlıları 13 postdan sıxışdırılaraq çıxarılıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Caliber.az saytının hazırladığı video süjetdə deyilir. Bildirilir ki, son aylar ərzində Ağdərə istiqamətində yalnız bir məntəqədən separatçılar 2020-ci ilin noyabrında tələsik tikdikləri 13 postdan sıxışdırılaraq çıxarılıblar.

Vəziyyəti şərh edən hərbi müxbir qeyd edir ki, son vaxtlara qədər erməni terrorçularının nəzarətində olan mövqelər hazırda Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və separatçılar bir neçə kilometr geri çəkilərək Rusiya sülhməramlılarının arxasında gizləniblər.

Hərbi ekspert onu da əlavə edib ki, proseslər bu istiqamətdə davam edərsə, sülhməramlılar erməni silahlılarının zərərsizləşdirilməsinə və Azərbaycan əsgərlərinin yeni mövqelərdə yerləşməsinə seyr etməkdə davam edəcəklər.