SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - Minlərlə yoluxma, REKORD SAYDA ÖLƏN VAR

02.09.2021 19:18
25644

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3759 yeni yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib. 53 298 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, bu günə qədər isə ümumilikdə 4 498 717 test icra olunub.

Qeyd edək ki, 45 nəfərin vəfat etməsi Azərbaycan üzrə gündəlik ölüm sayında rekordo göstəricidir.

Loading...