SON DƏQİQƏ: Operativ Qərargah təcili məlumat yaydı - BU GÜN...

08.04.2021 19:34
12491

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29489 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 581, ötən müddət ərzində isə ümumilikdə 2 977 593 test aparılıb.

Loading...