SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - BU GÜN...

22.07.2022 21:45
326
photo_49478871

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 795 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 591 aktiv xəstə var. Bu günə qədər 9 733 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 087, bu günə qədər isə ümumilikdə 7 018 167 test icra olunub.