SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - BU GÜN...

31.10.2021 17:50
13114

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2261 yeni yoluxma faktı qeydə alınıb, 1805 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 531 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7074 nəfər vəfat edib. 30 117 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 697, bu günə qədər isə ümumilikdə 5 195 536 test icra olunub.

Loading...