SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - BU GÜN...

04.04.2021 16:37
12436

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.

Ölkədə son sutka ərzində 12 210, hazırkı dövrədək isə 2 928 955 test aparılıb.

Loading...