SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - BU GÜN...

12.04.2021 17:39
6049

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 1 052 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287 144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib, aktiv xəstə sayı 31 440 nəfərdir.

Ölkədə son sutka ərzində 7 687, hazırkı dövrədək isə 3 026 132 test aparılıb.

Loading...