SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - 8521 NƏFƏR ÖLDÜ, BU GÜN...

16.01.2022 20:01
420
photo_49426542

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 625 726 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8521 nəfər vəfat edib, aktiv xəstə sayı 8691 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9340, ötən müddət ərzində isə ümumilikdə 6 006 500 test aparılıb.