SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI

31.07.2022 16:56
261
photo_18257890

Azərbaycanda koronavirusa 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 838 nəfər koronavirusa yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.

Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.