SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - Yüzlərlə yoluxma, ÇOX SAYDA ÖLƏN VAR

03.10.2021 17:38
12792

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

AZSABAH.COM-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Belə ki, koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1 813 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 987 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803 nəfərdir.

Loading...