SON DƏQİQƏ: Operativ Qərargah MƏLUMAT YAYDI

11.09.2022 18:43
3826
karantin azsabah.com
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 2379 aktiv xəstə var. Bu günə qədər 9854 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2875, bu günə qədər isə ümumilikdə 7 193 925 test icra olunub.