SON DƏQİQƏ: Azərbaycanda GENERAL İŞDƏN ÇIXARILDI - FOTO

28.08.2022 22:00
8012
Kreslo

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

AZSABAH.COM xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.