SON DƏQİQƏ: Nəcməddin Sadıkovun "sağ əli" olan BAŞ ZABİT HƏBS EDİLDİ - GÖRÜN NƏLƏR EDİB

28.05.2022 13:43
304
photo_74803840

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi (050) 2952323).

Qeyd edək ki, Bizim.media Nəcməddin Sadıkovun yaxın adamı, onun “sağ əli” hesab olunan Zahid Niftəliyevin (“Şlyapa” ləqəbli) mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.

Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar.