SON DƏQİQƏ: NATO Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ - Müharibə HAZIRLIQLARI BAŞLADI

16.03.2022 21:51
210
photo_40826852

“NATO ölkələrinin müdafiə nazirləri alyansın Rusiyaya qarşı quruda, səmada, dənizdə və kiberməkanda müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayıblar”.

AZSABAH.COM TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq müdafiə nazirlərinin görüşündən sonra deyib.

Onun sözlərinə görə, NATO kollektiv mühafizə tədbirlərinə yenidən baxmalı, alyansın şərq hissəsində qüvvələrini artırmalıdır.

Baş katib, eyni zamanda qeyd edib ki, alyans ölkələri yekdilliklə Ukraynada qüvvələr yerləşdirməməli olduğunu düşünür, amma Kiyevə hərbi və maliyyə yardımının davam etdirilməsinə qərar verilib.

Y.Stoltenberq bildirib ki, gələn həftə keçiriləcək NATO sammitində Ukraynadakı münaqişənin alyansın müdafiəsi üçün uzunmüddətli təsirləri nəzərdən keçiriləcək.