Bölmələrimiz bir-birinə atəş açıb? - Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

18.10.2022 11:59
3848
Mudafie nazirliyi
"Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb".

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.