SON DƏQİQƏ: Məşhur Xalq artistinin səhhəti pisləşdi, təcili XƏSTƏXANAYA ÇATDIRILDI, VƏZİYYƏTİ AĞIRDIR - FOTO

29.08.2022 12:01
5332
Xestexana

Azərbaycanın Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Report"a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil:

"Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik".

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.