SON DƏQİQƏ: Böyük itki ÜZ VERDİ - Məşhur sima VƏFAT ETDİ (FOTO)

09.04.2021 23:36
20761

Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında vəfat edib.

AZSABAH.COM-un məlumatına görə, bu barədə "Rolling Stone" jurnalı onun ailəsinə istinadən bildirib.

Bildirilib ki, E.Simmons "White Plains" adlı hospitalda ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, aprelin 3-də "TMZ" jurnalı mənbələrə istinadən xəbər verib ki, repçinin narkotik dozasını aşdığı üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Loading...