Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.
AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, onların barələrində protokollar tərtib edilib.
Protokollar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.