SON DƏQİQƏ: "Lotu Quli"nin qardaşı saxlanıldı

30.08.2022 13:29
3707
Lotu Quli

Azərbaycanlı qanuni oğru Namiq Səlifov Rusiyada saxlanılıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "REN TV" saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ötən il Rusiyada qanuni oğru, "Albert Rıjiy" kimi tanınan azərbaycanlı qanuni oğru Əli Heydərovun qətli ilə əlaqəli olmaqda şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Namiq Səlifov "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun qardaşıdır. Nadir Səlifovun qətlindən sonra onun dəstəsinə Namiq Səlifov rəhbərlik edir. Namiq Səlifov kriminal aləmdə "Namik Bakinski" kimi tanınır.