Kamil Zeynallının Moskvada həbs olunma ANI - ANBAAN VİDEO

21.02.2024 09:33
441
65d58b721cab8202402243442

Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb.

Azsabah.com  bizim.media-ya istinadən bildirir ki, sosial şəbəkədə Kamilin Moskvada polis bölməsində olan daha bir videosu yayılıb.

Həmin görüntülərdə Zeynallı dəmir barmaqlılar arasında çemodanını bağladığı kadrları əks olunub. 

Qeyd edək ki, Kamil Zeynallı saxlanılması xəbərini sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib. 

O "Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar"sözlərini dilə gətirib.