SON DƏQİQƏ: İrandakı Azərbaycan səfirliyinə DƏHŞƏTLİ SİLAHLI HÜCUM - ÖLÜ VƏ YARALI VAR (VİDEO)

27.01.2023 10:34
5780
63d3717033554202301233840

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

APA-nın diplomatik kanallar vasitəsilə əldə etdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

***

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

AZSABAH.COM xəbər verir ki, hücum zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.