SON DƏQİQƏ: İranda ziyarətgahda dəhşətli terror - XEYLİ SAYDA ÖLÜ, ONLARLA YARALI VAR

26.10.2022 20:00
8148
Partlayis
İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. 

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.

Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.

***

İranın Fars əyalətinin Şiraz şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artıb.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, 15 nəfər ölüb, 27-si yaralanıb. 


***

İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

AZSABAH.COM-un xarici mediaya istinadən xəbərinə görə, məlumatda silhalı şəxslərin üç nəfər olduğu da bildirilib. 

***

İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, iki terrorçunun saxlanıldığı bildirilir.