SON DƏQİQƏ: İranda güclü zəlzələ BAŞ VERDİ

27.05.2020 13:49
254

İranın Tehran vilayətinin Dəmavənd rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

AzSABAH.COM xəbər verir ki, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin yaydığı məlumatda zəlzələnin yerli vaxtla saat 13:41-də 12 km dərinlikdə qeydə alındığı bildirilib.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 24 mayda İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 14 nəfər yaralanıb.

Loading...