İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma baş verib.
AzSABAH.COM-un xəbərinə görə, hadisə patrul xidməti yerinə yetirən sərhədçilərlə sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında olub.
Atışma zamanı silahlı şəxslərdən bir neçə nəfər məhv edilib.
Eyni zamanda İran sərhədçilərindən 3 nəfər öldürülüb.