SON DƏQİQƏ: İlham Əliyev Yaşar Həsənovu İŞDƏN ÇIXARDI

07.02.2022 21:58
262
photo_37613771

Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

AZSABAH.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.