SON DƏQİQƏ: İlham Əliyev Rusiyaya getməyəcək

18.06.2020 15:31
579

Azərbaycan prezidenti İlham Əliyev qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

AZSABAH.COM-un xəbərinə görə, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında deyib.

Prezident İlham Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.

Dövlətimizin başçısı bu tədbirdə ölkəmizin müdafiə naziri və Azərbaycan ordusunun 75 hərbi qulluqçusu tərəfindən təmsil olunacağını qeyd edib.

Vladimir Putin vəziyyəti anladığını söyləyib.

Loading...

close
close