SON DƏQİQƏ: İlham Əliyev MÜHÜM FƏRMAN İMZALADI - Bu dövlət QURUMU LƏĞV EDİLDİ

30.03.2023 15:46
4531
İlham
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

AZSABAH.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanda əksini tapıb.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.