SON DƏQİQƏ: İlham Əliyev bu icra başçılarını İŞDƏN ÇIXARDI

19.01.2022 13:09
357
photo_21705569

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi.

***

Prezidentin digər sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.