SON DƏQİQƏ: İki ölkə arasında ŞİDDƏTLİ DÖYÜŞ BAŞLADI - VİDEO

31.07.2022 23:34
343
photo_14294169
Serbiya və tanınmamış Kosovo sərhədlərində atəş səsləri eşidilib.

AZSABAH.COM-un məlumatına görə, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb. Buna cavab olaraq Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Serbiya prezidenti Aleksandar Vucic bu gün xəbərdarlıq edib ki, ölkəsi Kosovoda serblərin növbəti qırğınına icazə verməyəcək.

Qeyd edək ki, avqustun 1-dən etibarən Kosovo hakimiyyəti yerli serblərin Serbiya tərəfindən verilən sənədlərini tanımayacaq və bununla da onları faktiki olaraq, qanundan kənara vəziyyətə salacaq.