SON DƏQİQƏ: Hindistanla Çin arasında BÖYÜK TOQQUŞMA - ÇOX SAYDA YARALI VAR

25.01.2021 10:52
29475

Hindistan və Çin sərhədində toqquşma olub.

AZSABAH.COM TASS-a istinadən xəbər verir ki, nəticədə, 20 çinli və 4 hind əsgərinin yaralandığı bildirilir.

“Latesly” informasiya portalının məlumatına görə, Hindistanın Himalay əyalətinin Naku-La aşırımında Çin ordusunun hərbçiləri Hindistan ərazilərini işğal etməyə cəhd göstərib. Hindistan hərbçiləri onların cəhdini cavabsız qoymayıb.

Qəzetin yazdığına görə, ərazidəki vəziyyət artıq nəzarət altındadır.

Digər təfərrüatlar barədə hələ məlumat verilməyib.

Bu məlumat Hindistan və Çinin quru qoşunları komandanlığı nümayəndələrinin sərhəd bölgələrindəki vəziyyəti və qoşunların geri çəkilməsi məsələlərini müzakirə etdikləri danışıqlardan bir müddət sonra ortaya çıxıb.

“Times of India” qəzetinin verdiyi məlumata görə, iclasda 14-cü Hindistan Ordusu Korpusunun komandiri general-leytenant Menon və Çin Xalq Qurtuluş Ordusunun Cənubi Sincan Hərbi Dairəsinin komandanı general Liu Ling iştirak edib. İclas bazar günü başlayıb və 15 saat davam edib. Bu, doqquzuncu belə görüş olub.(Publika.az)

Loading...