SON DƏQİQƏ! Hafiz Babalı SAXLANILDI

13.12.2023 20:23
481
6579dab04c5ff202312232416

Jurnalist Hafiz Babalı saxlanılıb.

AZSABAH.COM Referans.az-a istinadla xəbər verir ki, o, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza təsdiq edib.

Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.